Azərbaycan ödəniş sistemləri bazarında bir ilk olan KorpON terminallarının əsas məqsədi şirkətlərin və fiziki şəxslərin iri həcmli, nağd ödəniş və inkassasiya proseslərini optimallaşdırmaqdır. Belə ki, insanlar nağd fərdi vəsaitlərini və korporativ ödənişləri KorpON terminalları vasitəsilə günün istənilən vaxtı öz hesablarına mədaxil edə biləcəklər. Bunun üçün banka getməyə, növbə gözləməyə ehtiyac qalmayacaq. KorpON terminallarının üstünlükləri bununla bitmir:
Əməliyyat sistemində ola biləcək bütün risklər beynəlxalq təhlükəsizlik qaydalarına uyğun olaraq dəyərləndirilir və müvafiq tədbirlərlə aradan qaldırılır. Sistem bütün addımları yadda saxlayır
Terminal və əməliyyatların təhlükəsizliyinə zəmanət verən amillər aşağıdakılardır:
1-ci klass təhlükəsizlik dərəcəsinə malik seyf sistemi,
Ən yüksək standartlara malik "G+D" pul qəbuledici sistemi,
Terminalla həyata keçirilən bütün əməliyyatların yadda saxlanması,
KorpON cihazlarının olduğu məkanlarda elektrik cərəyanının verilməsində fasilə yaranarsa,
mədaxil əməliyyatını başa çatdırmaq imkanı,
Xəta hallarını minimumlaşdırmaq və baş verə biləcək hər hansı bir nasazlığı dərhal aradan qaldırmaq məqsədilə serverlərin manual və avtomatik monitorinqi.